Marneuli meriyası sahibsiz itlər üçün 130 sığınacağın hazırlanması
üçün 16 169 lari dəyərində tender elan edib.
Tender sənədlərinə əsasən, sahibsiz itlər üçün sığınacaqların
ölçüsü 80x75x80 olmalıdır. Tenderdə iştirak etmək istəyənlər 23-28
mart tarixlərində təkliflərini təqdim edə bilərlər.
Marneuli Bələdiyyə Məclisinin 6 mart tarixində keçirilən iclasında
sahibsiz itlər üçün evlərin alınması ilə bağlı məlumat açıqlanıb.
Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadzenin sözlərinə görə, bu
ideyanı bələdiyyənin Gender Şurası hazırlayıb.
“Ümid edirəm ki, bu itləri bəsləmək imkanı olan
vətəndaşlar da bizə qoşulacaq. Quberniya Kvemo Kartli bölgəsində
bütün Kvemo Kartli bələdiyyələrinə xidmət göstərəcək böyük
sığınacaqlardan birini tikmək üçün çalışır. Bu məsələ hamımızı
narahat edir, amma düşünürəm ki, yaxın vaxtlarda bu məsələ öz
həllini tapacaq”, – Amiran Qiorqadze bildirib.
Sahibsiz itlər üçün komaların/evlərin tikintisi üzrə tenderdə qalib
gələn şirkət müqavilə imzalandıqdan sonra 45 təqvim günü ərzində
işləri meriyaya təhvil verməldir.