Regional İnkişaf və İnfrastruktur naziri vəzifəsinə hökumət
administrasiyasının keçmiş
rəhbəri, Maia Tsikitişvili təyin olunub – bu haqda Gürcüstanın Baş
Naziri Giorgi Kvirikaşvili brifinqdə bildirib.
Maia Tsikitişvili qeyd olunan vəzifədə Zurab Alavidzeni əvəz
edəcək.
Xatırladaq ki, Maia Tsikitişvili 2012-ci ilin 1 noyabrından bu günə
qədər Gürcüstan hökumət dəftərxanasında rəhbər vəzifəsində
çalışıb.