Müəssisələrə qara rəngli avtomobil almaq qadağan olunacaq
Dövlət müəssisələrinə qara rəngli avtomobil almaq qadağan olunacaq. Bu haqda 2018-ci ilin 30 mart tarixində hökumət sərəncamında yazılıb. Sənədə əsasən, alınacaq hər növ avtomobil hər hansı rəngdə ola bilər ancaq qara deyil. Sərəncam nazirliklərə, onların tabeçiliyində olan ictimai hüquqi şəxslərə və hökumət administrasiyasına da aiddir.

2017-ci ilin noyabrında,Baş Nazir Giorgi Kvirikaşvili qara ciplərin alınmasını tənqid edib və keçmiş daxili işlər naziri Giorgi Mğebrişviliyə tapşırıq verib ki, məmurların qara ciplərdə hərəkət etməsi məhdudlaşdırılsın. 2018-ci ilin 2 fevral tarixində Baş Nazir bir daha qara ciplərlər məmurların hərəkət etməsi haqqında tənqidi bəyənat verib. Onun sözlərinə görə, Gürcüstanda qara ciplər dövrünün bitməsi zamanıdır, çünki bu hamını eləcə də onu qıcıqlandırır.

Mənbə: netgazeti.ge
Print Email
FaceBook Twitter Google