Gürcüstan prezidenti Giorgi Marqvelaşvili və Əfv Komissiyasının
üzvləri Cəzaicrası Naziri Kaxi Kaxişvili ilə görüş keçirirlər.
Prezident sarayında keçirilən görüşdə, məhbusların əfv edilməsi
mexanizmləri ilə bağlı məsələlər müzakirə olunur. Görüşdən öncə
şərh verilməyib.
Əfv mexanizminin düzəldilməsinin zərurəti barədə söhbət, prezident
tərəfindən əfv edilən sabiq məhbuslardan birinin Tbilisidə, Barnov
küçəsində qız övladlığının boğazını kəsdiyindən sonra başladı. Ən
önəmli isə odur ki, həmin şəxs daha öncə həbsə məhz ailə
zorakılığına görə düşmüşdü.
Qeyd edilməlidir ki, Əfv Komisiyası qatil Vepxvia Baqradzenin əfv
edilməsini tam altı dəfə rədd etmişdi.
Prezidentin verdiyi bəyanata görə, Vepxvia Baqradzenin əfv
edilməsini onun ailə üzvləri tələb edirdilər, cəzaicrası idarəsi
isə, ona müsbət xasiyyətnamə vermişdi.
Bununla yanaşı, Əfv Komissiyası zorakılıq faktları ilə bağlı
aktların müzakirəsini müvəqqəti olaraq, dayandırıb.
Əfv Komissiyasının fəaliyyəti və əfv mexanizmlərinin
genişləndirilməsi ilə bağlı prezident administrasiyasında
məsləhətləşmələr aparılır.