Gürcüstanın keçmiş baş-naziri Bidzina İvanişvilinin idarəçi
partiyanın sədri olaraq rəsmi seçilməsi “Gürcü arzusunun” qapalı
qurultayında planlaşdırılır.
Bundan sonra isə jurnalistlər yalnız media mərkəzdən qurultayı
canlı yayımda izləyə bilərlər.
Partiyanın mətbuat xidmətinin məlumatına görə, siyasi birlik “Gürcü
Arzusu – demokratik Gürcüstan”ın beşinci qurultayı 11 mayda,
Mtasminda parkında, “Undervili”də olacaq. Orada partiyanın yeni
sədrini və yenilənmiş siyasi şuranı seçəcəklər.
Mətbuat xidmətinin məlumatına görə, qurultay iş formatında baş
tutacaq, orada partiya heyəti və siyasi komanda üzvləri iştirak
edəcəklər.
Mətbuat xidmətinin bildirdiyinə görə, saat 16:00-da qapalı formatda
olacaq tədbirdə prosedur hissəsi baş tutacaq və Bidzina
İvanişvilini rəsmi olaraq partiya sədri seçcəklər. Onun məlumatına
görə, saat 17:00-dan qurultayın rəsmi hissəsinin yayımlanması
olacaq və jurnalistlər yerində yerləşən media mərkəzdə qurultayı
canlı yayımda izləyə biləcəklər.