Gürcüstanın xarici işlər naziri Azərbaycana səfər edəcək
Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili martın 14-də Azərbaycana səfər edəcək.

Səfərin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.

Bundan başqa, İ.Darçiaşvilinin bir sıra ikitərəfli görüşləri də nəzərdə tutulub.

Mənbə: azertac.az
Print Email
FaceBook Twitter Google