Bütün Gürcüstanın şeyxi: Davit Qareci ilə bağlı düşünülməmiş bəyanatlar təhlükəlidir
Ümum Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi Ramin İgidov ruhani şəxsləri və siyasətçiləri Davit Qareci monastırı ilə bağlı kəskin bəyanatlar verməkdən çəkinməyə çağırıb.
“Bəzi siyasətçi və ya ruhanilərin düşünmədən və kəskin şəkildə verdiyi bəyanatlar emosional fonda verilir və hər iki millət arasında münasibətləri pozur. Biz düşünürük ki, dövlətin mövqeyi tam başqadır və qeyd olunan şəxslərin mövqeyindən ibarət deyil. Bizim ölkələr qardaş ölkələrdir. Müvafiq olaraq oxşar bəyanatlar verməkdən hamı çəkinməlidir” – Ümum Gürcüstan Müsəlmanları İdarəsinin şeyxi deyir.

Ramin İgidov düşünür ki, sərhədin delimitasiyası məsələsi qısa müddətdə həll olunmalıdır və heç bir tərəfin marağına zərər gəlməməlidir. O, hakimiyyət tərəfindən təklif olunarsa ikitərəfli komissiya çalışmalarına qoşulmağa hazırdır.

Ramin İgidov Azərbaycan mediasının mitropol İobinin (Akiaşvili) bəyanatını işıqlandırmamasını alqışlayır. Onun sözlərinə görə, həmin bəyanat Gürcüstanın maraqlarına ziddir. O, gürcü mediasını da oxşar bəyanatları yayımlamamağa çağırıb.

“Biz Gürcüstan vətəndaşlarıyıq və bizim üçün etnik, eləcə də dini zəmində qarşıdurma, müvafiq olaraq qeyd olunan məsələnin dini və ya etnik kontekstə keçirilməsi qəbuledilməzdir.

2 mayda Yeparxiyanın keşişləri ilə birgə Qareci kilsəsinə ibadət üçün gedən mitropol İobi müsəlmanlara qarşı kəskin bəyanat verib.

25 apreldə məlumat yayılıb ki, Azərbaycanlı sərhədçilər yolu kəsib və Davit Qareci monastırına ruhanilər girə bilmir. Hazırda heç bir problem yoxdur.

Gürcüstan hakimiyyətinin nümayəndələri bildirirlər ki, Davit Qareci məsələsi sərhədin demarkasiya-delimitasiyası ikitrərəfli komissiya çərçivəsində həll olunacaq. Mülki fəallar Davit Qarecidə bir neçə etiraz aksiyası keçirib.

Mənbə: radiotavisupleba.ge
Print ელ. ფოსტა
FaceBook Twitter Google