Qarecidə Zurabişvilinin bəyanatı prezidentin şəxsi təşəbbüsü idi - Kobaxidze
Prezidentin mətbuat katibindən fərqli olaraq parlament sədri İrakli Kobaxidze bildirib ki, Salome Zurabişvilinin Davit Qareciyə getməsi və orada verdiyi bəyanat bir fərdi şəxs tərəfindən edilmiş hərəkət idi və məsələnin tez həll olunmasına fayda vermədi.

İrakli Kobaxidzenin bəyanatına görə əsas odur ki, Davit Qareci məsələsi iki ölkə arasında dialoq və konsultasiya rejimində həll olunsun.

“Fərdi aktivlik idi və təəssüf ki, bu məsələnin tez həll olunmasına fayda vermədi. Ancaq bunun üçün nə dərəcədə əsasları var idi. Səbəb birdir əsas digəri. Mən düşünürəm ki, bunun üçün əsas yox idi. Səbəbdən istifadə etmək həmişə mümkündür. Ancaq bir daha deyirəm ki, əsas bu məsələnin iki ölkə arasında konsultasiya rejimində həll olunmasıdır” – Kobaxidze bildirib.

Prezidentin mətbuat katibi Xatia Moisdzrapişvili bugün baş tutan brifinqdə jurnalistlərə deyib ki, sərhəddin delimitasiyası ilə bağlı razılıq baş nazirlə olubmuş.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google