Tbilisidə 3 yaşlı uşaq pəncərədən yıxılıb
Tbilisidə 3 yaşlı uşaq pəncərədən yıxılıb. Bədbəxt hadisə Didube rayonunda baş verib. Verilən məlumata görə, uşaq çoxmərtəbəli korpusun pəncərəsindən yıxılıb. O, ən yaxında olan xəstəxanaya çatdırılıb.

Daxili İşlər Nazirliyindən “İnfo Rustavi”yə verilən məlumata görə,
baş vermiş hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə istintaq başladılıb ki, bu da sağlamlığa qismən ağır və ya ağır zərər vurulmasını nəzərdə tutur.

Print Email
FaceBook Twitter Google