Natia Turnava – aşağı büdcəli uçuşların sürətli səkildə bərpa olunması prioritet məsələdir

Faktdır ki, beynəlxalq səfərdə olanlar üçün ölkəsinin turist bazarını açıq elan edən ilk Gürcüstan hökuməti oldu.


Bu, beynəlxalq aviaşirkətlərə çox böyük stimul verdi ki, bizim istiqamətdə uçuşlarını həyata keçirməyi bərpa etsinlər – bu barədə İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava beynəlxalq aviaşirkətlər tərəfindən Gürcüstana uçuşlarını bərpa edəcəkləri ilə bağlı anonslar haqqında fikir bildirərkən deyib.

Onun sözlərinə görə, Gürcüstan bazarında çıxış edən aviaşirkətlərin əksəriyyəti artıq reyslərini bərpa etməyə hazırdır.

“Bizim üçün, hər üç beynəlxalq aeroport istiqamətində uçuşların yenilənməsi çox əhəmiyyətlidir — bu, istər Tbilisi olsun, istər Kutaisi, istərsə də Batumi. Bununla yanaşı, aşağı büdcəli aviaşirkətlərin — "Wizzair" və "Ryanair"-in uçuşlarının sürətlə bərpa olunması prioritet məsələdir. Haqqında söhbət açdığımız hər iki şirkət ilə olan danışıqlarımızda müsbət irəliləyişlərimiz var. Öncədən razılaşma əldə etmişik, onlar ictimai şəkildə də bəyan etdilər ki, uçuşlarını bərpa edəcəklər və müəyyən müddətdən sonra əvvəlki köhnə səviyyəyə dönəcəklər”, — deyə Natia Turnava bildirib.

Qeyd olunan məlumatı İqtisadiyyat və Sabit İnkişaf Nazirliyi yayır.

 

Print Email
FaceBook Twitter Google