Saimerloya suyun verilməsi saat 18:00-dan bərpa olunacaq – “Birləşmiş Su Təchizatı Şirkəti”
Marneuli bələdiyyəsinin Saimerlo kəndinin sakinlərinə bir həftədir ki, içməli su məhdudiyyətlə verilirdi.

Saimerlo kəndinin bir neçə sakini “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdilər ki, onlara içməli su məhdudiyyətlə verilir, bu gün səhər saatlarından isə içməli suyun verilməsi tamamilə dayandırılıb.

“Gürcüstan Birləşmiş Su Təchizatı” şirkətindən “Marneuli” radiosuna bildirdilər ki, Saimerloda içməli suyun məhdudlaşdırılmasına bəzi yerlərdə boruların partlaması
səbəb olub. Şirkətdən bildirirlər ki, içməli suyun verilməsi müəyyən müddətə bərpa olunub, amma başqa yerlərdə də boru partlaması qeydə alınıb və indiki mərhələdə həmin yerlərdə təmir işləri aparılır.

Gürcüstan Birləşmiş Su Təchizatı Şirkətinin məlumatına görə, Saimerloda içməli su saat 18:00-da bərpa olunmalıdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google