Şəxsi həyatı əks etdirən kadrlarla şantaja görə bir nəfərə qarşı ittiham irəli sürülüb
Gürcüstan Prokurorluğunun məlumatına görə, şəxsi həyatı əks etdirən kadrlarla şantaj işi üzrə bir nəfərə qarşı ittiham irəli sürülüb.

Qurumdan verilən məlumata görə, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs zərərçəkmişin şəxsi həyatının sirrini əks etdirən foto-video materialı qanunsuz olaraq əldə edib saxlayıb və zərərçəkmişdən böhtan xarakterli məlumatların üzə çıxarılması ilə hədələməklə ondan
pul tələb edib, habelə onu cinsi əlaqədə olmağa məcbur edib.

“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi iyunun 21-də saxlayıblar. Onun şəxsi və yaşayış evinə baxış nəticəsində götürülmüş mobil telefonlarda və kompüter avadanlığında müxtəlif şəxslərlə qeyri-qanuni intim münasibətlər yazıları da aşkar edilib.

Digər mümkün zərərçəkmiş şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq və prosessual hərəkətlər davam etdirilir.
Saxlanılan şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 157-ci maddəsinin birinci hissəsi və 139-cu maddənin birinci hissəsi ilə ittiham irəli sürülüb",
- agentlikdən bildirirlər.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.
Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google