Meriya kəndlərdə küçə işıqlarının quraşdırılması üçün bir şirkətlə 11 sadələşdirilmiş müqavilə bağlayıb

Marneuli bələdiyyəsinin yerli özünüidarəsi "Kəndə Dəstək Proqramı" çərçivəsində kəndlərdə küçə işıqlarının quraşdırılması məqsədilə bir şirkətlə 11 sadələşdirilmiş müqavilə bağlayıb.


Marneuli meriyası və “Muri” MMC arasında bağlanmış müqaviləyə əsasən, şirkət meriyadan ümumilikdə 421 827 lari 19 tetri əldə edəcək.

Küçə işıqlarının qurulması 22 kənddə planlaşdırılır.

Küçə işıqlarının qurulmasına xərclənəcək vəsaiti və kəndlərin siyasını sizə təqdim edirik:

  • Qasımlı kəndində küçə işıqlarının qurulması - 39 839,31 lari
  • Maradisi kəndində küçə işıqlarının qurulması - 23 975,45 lari
  • Ağkörpü kəndində küçə işıqlarının qurulması - 15 860,64 lari
  • Ağməmmədli kəndində küçə işıqlarının qurulması - 19 910,20 lari
  • Qızılhacılı kəndində küçə işıqlarının qurulması - 19 928,26 lari
  • Tserakvi kəndində küçə işıqlarının qurulması - 9 944,43 lari
  • Şaumyani kəndində küçə işıqlarının qurulması - 19 928,70 lari
  • Opreti kəndində küçə işıqlarının qurulması - 9 887,94 lari
  • Algeti kəndində küçə işıqlarının qurulması - 19 883,85 lari
  • Əzizkənddə küçə işıqlarının qurulması - 19 893,20 lari
  • Şulaveri kəndində küçə işıqlarının qurulması - 19 825,73 lari
  • İmirçala kəndində küçə işıqlarının qurulması - 11 929,71 lari
  • Kürtlər kəndində küçə işıqlarının qurulması - 19 895,83 lari
  • Baydar kəndində küçə işıqlarının qurulması - 15 910,19 lari
  • Böyük Muğanlı kəndində küçə işıqlarının qurulması - 19.945.98 lari
  • Lejbəddin kəndində küçə işıqlarının qurulması - 15 956,63 lari
  • Birinci Kosalı kəndində küçə işıqlarının qurulması - 19,851,20 lari
  • İkinci Kosalı kəndində küçə işıqlarının qurulması - 19,890,68 lari
  • Kəpənəkçi kəndində küçə işıqlarının qurulması - 19 845,61 lari
  • Sadaxlı kəndində küçə işıqlarının qurulması - 19 899,13 lari
  • Qaçağan kəndində küçə işıqlarının qurulması - 19 956,89 lari
  • Kirəç-Muğanlı kəndində küçə işıqlarının qurulması - 19 867,63 lari
“Muri” MMC-nin sahibi və direktoru Tornike Tvaradzedir. 2020-ci ildən etibarən Marneuli meriyası “Muri” MMC ilə 38 sadələşdirilmiş müqavilə bağlayıb. Bütün müqavilələr "Kəndə Dəstək Proqramı" çərçivəsində kəndlərdə küçə işıqlarının quraşdırılması ilə bağlıdır.

Prioritetlərin seçilməsi məqsədilə əhali ilə görüşlər 12 fevraldan 26 fevral tarixinə qədər keçirilib. "Kəndə Dəstək Proqramı" üçün 2024-cü ildə Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondundan 1 232 000 lari ayrılıb. Məbləğ əhalinin sayına uyğun olaraq, kəndlər arasında bölüşdürülüb. Hər kənd üçün minimum məbləğ 10 000, maksimum məbləğ isə 20 000 laridir.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər