Marneulinin Rustaveli küçəsində sıradan çıxmış kanalizasiyanı təmizləyiblər

Marneulinin Rustaveli küçəsində sıradan çıxmış kanalizasiyanı təmizləyiblər.

Bələdiyyə Məclisinin üzvü Vasil Xaxulaşvili "Marneuli" radiosu ilə söhbəti zamanı bildirdi ki, təmizləyici texnika Qoridən gətirilib və təxminən iki saat əvvəl təmizləmə işləri aparılıb. Bələdiyyə Məclisi deputatının sözlərinə görə, Marneuli meriyası kanalizasiyanı təmizləyən texnikanı artıq alıb və bir neçə günə texnika gətiriləcək.

"Səki də təmizlənib. Avtomobili Qoridən gətirmişdik. Bizim bələdiyyədə bu
texnika yoxdur.
Yüksək təzyiq lazım idi, çağırdıq və problem həll olundu. Sevindirici məlumat isə odur ki, biz artıq maşını almışıq, bu günlərdə gətiriləcək. Problemlər daha dərindən həll olunacaq. Başqa maşın gətirəndə problemin həlli uzanırdı, bəzən iki gün lazım olurdu və yayda antisanitariyada, pis qoxuda dayanmaq daha çətindir. Marneulidə su və kanalizasiya ilə bağlı layihə başa çatana qədər lazım gəldiyi halda forsmajor reaksiya göstərəcəyik"
- Vasil Xaxulaşvili bildirdi.

Marneuli meriyası bir ədəd kanalizasiya təmizləyən və su çəkəni (birləşdirilmiş) "Strada" MMC-dən 189 700 lariyə alıb. Yerli özünüidarə texnikanın alınması ilə bağlı üç dəfə tender elan edib. Üçüncü cəhddə, elektron tenderdə 5 şirkət iştirak edib. Meriya ən aşağı qiymət təklif edən şirkət ilə, "Strada" şirkəti ilə müqavilə bağlayıb.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google