Marneuli meriyası 14 kənddə yollara çınqıl tökülməsi üçün bir şirkətə 208 088 lari ödəyəcək

Marneuli yerli özünüidarəsi "Kəndə Dəstək Proqramı" çərçivəsində 14 kənddə yollara çınqıl tökülməsi işlərini sadələşdirilmiş qaydada bir şirkətdən, “GMG Construction 2022”-dən alıb.


Marneuli meriyası “GMG Construction 2022” ilə sadələşdirilmiş müqavilə bağlayıb. Şirkətin rəhbəri Mamuka Azaraşvilidir.

Marneuli yerli özünüidarəsi 14 kənddə yollara çınqıl tökülməsi üçün “GMG Construction 2022” şirkətinə 208 088 lari 48 tetri ödəyəcək.

Sadələşdirilmiş alqı-satqıya görə, yollara çınqıl tökülməsi qeyd olunan kəndlərdə nəzərdə tutulur:
Quşçu kəndi - 15 844,36 lari
Baytallı kəndi - 11 876,61 lari
Xancığazlı kəndi - 11 950,11 lari
Çanaxçı kəndi - 11 913,36 lari
Verxviani kəndi - 9 943,11 lari
Ambarovka kəndi - 15 819,95 lari
Keşəli kəndi - 19 864,90 lari
Yenikənd - 15 844,36 lari
Aşağı Saral kəndi - 19 834,27 lari
Yuxarı Saral kəndi - 15 795,53 lari.
Təzəkənd - 15 893,20 lari.
Hacıisakənd - 15 844,36 lari.
Güllübağ kəndi - 11 913,36 lari.
Ulaşlı kəndi - 15 751,00 lari.

Qeyd edək ki, Marneuli yerli özünüidarəsi "Kəndə Dəstək Proqramı" çərçivəsində kəndlərdə küçə işıqlarının qurulması məqsədi ilə bir şirkət, “Muri” MMC ilə 421 827 lari 19 tetri dəyərində 11 sadələşdirilmiş müqavilə bağlayıb.

Prioritetlərin seçilməsi məqsədilə əhali ilə görüşlər 12 fevraldan 26 fevral tarixinə qədər keçirilib. "Kəndə Dəstək Proqramı" üçün 2024-cü ildə Gürcüstanın regionlarında həyata keçiriləcək layihələr fondundan 1 232 000 lari ayrılıb. Məbləğ əhaliyə uyğun olaraq kəndlər arasında bölüşdürülüb. Hər kənd üçün minimum məbləğ 10 000, maksimum məbləğ isə 20 000 laridir.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna
görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print Email
FaceBook Twitter Google