Marneulinin keçmiş meri saray tikdirir
Təhqiredici və qeyri-insani rəftarda ittiham olunan Marneulinin keçmiş meri Temur Abazov Tbilisidə, Saburtaloda saray tikdirir.
Bu barədə Pirveli kanalının efirində məlumat yayılıb. Video süjetdə yayımlanan məlumata görə, Abazovu xüsusi dövlət mühafizəsi xidmətinə təyin ediblər.
Abazovun ağ mərmərdən olan sarayı 450 kvadrat metrdir. Evin fasadı üçün antik dövrə xas olan oymalardan istifadə olunub. Evin ağ sütunları
var və fasadda Temur Abazov və oğlunun adlarının baş hərfləri həkk olunub. Abazov bu qədər pulu haradan alıb, TV Pirvelinin jurnalisti Abazova bu sualı verib:

- Sizə bu pulu Bidzina İvanişvili verib? Fədakarlığınızı qiymətləndirib?
- Sizin bu sualınız gülməlidir.



Bu saray Marneulinin keçmiş meri üçün İvanişvilinin mükafatdır, yoxsa yox? Abazov İvanişviliyə söymüş şəxsi öz sidiyi ilə üzünü yumağa məcbur etmişdi. Abazov cavab verib ki, ona məhkəmə bəraət verib, çünki “doğru idi”. Abazovun dediyinə görə, mərmər sarayı atasından qalmış, bir neçə il əvvəl satdıqları torpaq sahəsi ilə tikib.

Temur Abazov Marneuli merliyi dövründə həbs olunmuşdu. 7 aylıq həbsdən sonra o, girov qarşılığında azad edilmişdi. Rustavi məhkəməsi Marneulinin keçmiş meri Temur Abazovla bağlı bəraət qərarı vermişdi. Abazov mütəşəkkil şəkildə törədilmiş təhqiredici və qeyri-insani rəftarda ittiham olunurdu.



“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.



Print Email
FaceBook Twitter Google