Təbii fəlakətə görə Ağkörpüdə qalmış şagirdləri evlərinə qaytarıblar
İdman tədbirləri ilə əlaqədar Ağkörpüyə getmiş şagirdlər güclü yağış nəticəsində daşmış çaya görə Xoxmeli və Çanaxçıda qalmışdılar.

Xocorni məktəbinin müəllimi Lali Marqiani bildirir ki, 20 şagirdi layihə çərçivəsində 10 iyun tarixində Ağkörpü məktəbinə aparıblar. Kəndə qayıdan zaman Ağkörpünü Xocorni ilə əlaqələndirən yol artıq yox idi. Daşmış çay maşın yolunu yuyub aparmışdı. Xocorni məktəbinin şagirdləri Xoxmeli və Çanaxçıda
ailələrdə qalmalı olublar.

“Layihəmiz var idi. Bizim məktəbdən 4 müəllim və 20 şagird Ağkörpüyə getdik. Viktorina keçirdik, uşaqlar futbol, voleybol oynadılar. Bu zaman yağış başladı. Kəndə doğru yola düşdük, amma səhər gəldiyimiz yolu tapa bilmədik, yağışdan yol itmişdi. Çanaxçıdan keçid yolunu da su yuyub aparmışdı. Heç bir şəkildə qayıda bilmədik. Riskdən danışmaq artıq idi, 112-yə zəng vurduq, Marneuli Xilasetmə Xidmətindən kəndin müvəkkilinə, deputata zəng vurdular. Bu adam hər yarım saatdan bir mənə zəng vururdu və vəziyyəti, uşaqların təhlükəsizliyini soruşurdu. (Marneuli Yanğınsöndürmə-Xilasetmə Xidmətinin rəhbəri Levan Kaladze), həm də bizə görə həqiqətən narahat olduğu hiss olunurdu, bu öhdəliyini yerinə yetirmək üçün edilən zəng deyildi. Yanğınsöndürmə maşını da gəldi, amma heç nə edə bilməzdilər, şans yox idi. Bu adam zəng vururdu və deyirdi ki, uşaqları buradan aparaq, bəlkə ailələrə yerləşsinlər. Ağkörpünün müvəkkilinə də zəng vurdular. Həmin adama çox minnətdarıq”, - Lali Marqiani bildirdi. 


Xocorni sakini olan şagirdlər və müəllimlər kəndə bu gün, təxminən saat 13:00-da qayıdıblar. Yol Departamenti həmin yerdə müvəqqəti yol düzəldib. Ağkörpü kənd müəvəkkili Qiqol Atabeqininin sözlərinə görə, yol müvəqqətidir və hər güclü yağış yağan zaman eyni vəziyyətin baş verməsi mümkündür. Həmin hissədə körpü tikilməlidir və körpünün tikintisi artıq 3 ildir uzadılır.



“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


 

Print Email
FaceBook Twitter Google