Tsereteli kəndində yeni stadionun və məşq üçün məkanın yaradılmasına 245 361 lari xərclənməsi planlaşdırılır
Marneuli yerli özünüidarəsi Tsereteli kəndində yeni stadion və məşq üçün məkanın yaradılmasını planlaşdırır.

Marneuli meriyası stadion və məşq üçün məkanın yaradılması üçün tenderi 12 iyun tarixində elan edib.

Marneuli meriyasından “Marneuli” radiosuna bildirdilər ki, yeni stadion Tseretelidə, birinci məhəllədə tikiləcək.

Marneuli meriyası birləşdirilmiş idman meydançası və məşq üçün qurğuların quraşdırılma işlərinə görə 245 361 lari dəyərində tender elan edib. Tender üçün tam vəsait Marneulinin 2024-cü il büdcəsindən ayrılıb.

Tenderdə iştirak etmək istəyən şirkətlər 28 iyundan 30 iyuna qədər öz tender təkliflərini təqdim edə bilərlər. Tender sənədlərinə əsasən, şirkət işləri müqavilə bağlandıqdan sonra 75 gün ərzində yerinə yetirməlidir.

Qeyd edək ki, Marneuli meriyası 26 dekabr tarixində müxtəlif növ bina-tikili və parkların qurulması/bərpası üçün lazımı smeta sənədlərinin tərtib edilməsi xidmətini almaq üçün 54 900
lari dəyərində tender elan edib. Həmin tenderə görə, Tsereteli kəndində idman meydançası və məşq qurğuları üçün lazımı smeta sənədlərinin tərtibi baş tutub.


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.



Print Email
FaceBook Twitter Google