Tıxacların qarşısının alınmasına görə Marneulidə alternativ yol açılıb (VİDEO)
26 may tarixində Marneuli bələdiyyəsində baş verən sel nəticəsində asfalt qatına, küçələrə və əkin sahələrinə ziyan dəyib.

Marneuli bazarının yaxınlığından keçən alternativ yolu Alget çayı daşan zaman yuyub aparmışdı. Tıxacların qarşısının alınması məqsədilə Lağidze və 20 yanvar küçələrinin kəsişməsində, dəmir yolunun üzərində alternativ yol açılıb. Sakinlər artıq həmin yoldan istifadə edirlər. Sürücülər “Marneuli” radiosu ilə
söhbətləri zamanı bildirdilər ki, yolun açılması onlar üçün əlverişlidir və rahat şəkildə istifadə edirlər.

“Bundan başqa nə olmalıdır? Birinci yol ilə müqayisədə bu daha yaxşıdır. Belə maşınlar daha asanlıqla gedib-gəlirlər. Tıxac yaranmır”, – sakinlərdən biri qeyd edir.


Yoldan istifadə edən vətəndaşlar yolun yaxşı olduğunu, gecikmə və maneə olmadan mənzil başına gedə bildiklərini dedilər. Sürücülərdən köhnə yolun düzəldilməsinə üstünlük verdiyini deyənlər də oldu.

“Yolu düzəltdikləri üçün çox sevinir və təşəkkür edirik. Sona qədər aparsalar, daha yaxşı olardı. Bu yolu yaxşı düzəldiblər, qəsəbənin olduğu yerdən yuxarıya qədər çox gözəldir”, - sürücülərdən biri bildirir.

Qeyd edək ki, 26 may tarixində güclü yağışlar nəticəsində Alget, Xram və Debet çaylarının daşması nəticəsində Marneulinin küçələrini və bələdiyyənin bir neçə kəndini su basmışdı.


“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.


Print Email
FaceBook Twitter Google