Xüsusi İstintaq Xidməti polis binasında vətəndaşla nalayiq
rəftar faktı üzrə hüquq-mühafizə orqanının əməkdaşını
saxlanılıb.
Saxlanılmaya səbəb Strasburq məhkəməsinin çıxardığı qərar olub.
“Faktla bağlı Xüsusi İstintaq Xidmətinin apardığı
təkrar istintaq və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı
əsasında Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin Sığnaqi
rayon şöbəsinin müstəntiqi polisin inzibati binasında vətəndaş
Vladimir Mçedlişvili ilə düzgün rəftar edilməməsinə görə
saxlanılıb", - Xüsusi İstintaq Xidməti açıqlama
verir.
2017-ci il mayın 15-də Vladimir Mçedlişvili Siğnaği şəhərindəki
nikah evinin yaxınlığında bir neçə başqa tanışı ilə birlikdə pivə
içirmiş.
“Həmin vaxt Sığnaqi rayon şöbəsinin əməkdaşları onun
yanına gəldilər. Polis əməkdaşlarından biri - Q. N. onu ictimai
yerlərdə spirtli içkilərdən imtina etməyə çağırıb və nəticədə onlar
arasında mübahisə yaranıb. Polis əməkdaşları Mçedlişvilini inzibati
qaydada saxlayaraq Sığnaği Polis Bölməsinin inzibati binasına
aparıblar, burada müstəntiq-inspektor Q. N. bir neçə dəqiqə ərzində
o, məhbusu yumruqları və ayaqları ilə böyrü və başına vurub, onu
söyüb. Zorakılıq nəticəsində saxlanılan şəxsə qabırğalarının sınığı
diaqnozu qoyulub və çoxsaylı digər xəsarətlər alıb”,
- Xüsusi İstintaq Xidmətinin məlumatında deyilir.
Hadisə ilə bağlı araşdırma 2017-ci ildə başlayıb. Vladimir
Mçedlişvilinin maraqlarını Sosial Ədalət Mərkəzi (o zamankı SMM)
müdafiə edirdi. Təşkilat iddia edib ki, prokurorluq Mçedlişvilinin
zərərçəkmiş kimi tanınmasını gecikdirir. Mçedlişviliyə qurban
statusu gec verilib.
Lakin ondan sui-istifadə etdiyi iddia edilən polis Qiorgi Nozadze
2021-ci ilə qədər vəzifəsini saxlayıb.
2019-cu ildə Vladimir Mçedlişvilinin döyülməsi ilə bağlı şikayət
Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsinə təqdim edilib və bu
məhkəmə 2023-cü il dekabrın 14-də qərar qəbul edib.
Strasburq Məhkəməsi zərərçəkmiş Mçedlişviliyə qarşı Avropa İnsan
Hüquqları Konvensiyasının 3-cü maddəsinin (işgəncənin/qeyri-insani
rəftarın qadağan edilməsi) pozulmasını müəyyən edib. Bu qərardan
sonra Gürcüstan yenidən araşdırma aparmaq məcburiyyətində
qalıb.
Xüsusi İstintaq Xidməti 2024-cü ildə işi öz üzərinə götürüb və
yenidən istintaqın aparılmasını təmin edib. Yenilənmiş istintaq
çərçivəsində xidmət iş üzrə artıq əldə edilmiş sübutlarla birlikdə
yeni halların müəyyən edilməsini təmin edib, bu məqsədlə
məhkəmə-tibbi və habitoskopik ekspertizaların aparılıb, faktla
bağlı şahidlərin axtarışı və iş üçün mühüm əhəmiyyət kəsb edən
sənədlər araşdırılıb”, - xüsusi istintaq xidmətindən
bildiriblər.
Xüsusi İstintaq Xidməti Qiorqi Nozadzeni vəzifə səlahiyyətlərindən
sui-istifadə etdiyinə görə saxlayıb. Bu, Cinayət Məcəlləsinin
333-cü maddəsinin 3-cü hissəsinin “b” bəndində nəzərdə tutulmuş 5
ildən 8 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan
cinayətdir.
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.