Yumurta kotletlərini necə hazırlamaq olar? – Çox dadlıdır
Kotletin sadəcə ətdən hazırlanmadığını bilirik. Son vaxtlar əsasən yulaf əzməsindən, mərciməkdən, kartofdan və çuğundurdan hazırlanan kotletlər çox sevilir.

Sadalanan seçimlərdən başqa biri isə yumurta kotletidir.

Yumurta kotletini yəqin ki, çox az adam bilir. Ancaq dadı heç də ət kotletlərindən geri qalmır. Resepti təqdim edirik:

Lazım olan ərzaqlar:
  • Beş orta ölçülü yumurta;
  • Standart çörəyin dörddə üç hissəsi;
  • Bir bişməmiş yumurta;
Ətraflı
  • Beş qaşıq püre;
  • Bir qızardılmış soğan;
  • Zövqə görə, duz, ədviyyat və hər hansı əlavələr.
Beş toyuq yumurtası tam bişənə qədər qaynadılmalı və otaq temperaturunda saxlanılmalıdır. Daha sonra yumurtaların qabıqlarını soyun. Sarılarını ayırın və bıçaqla doğrayın.

Çörəyin içi suda isladılır və sarısına əlavə edilir. Üzərinə isə qızardılmış soğanı əlavə edirik. Sonra doğranmış yumurtanın ağı, kartof püresi, çiy yumurta, ədviyyatlar və duz tökün. Yaxşıca qarışdırın və kotletlər düzəldin. Əvvəlcədən isinmiş tavada qızardın. Budur, yumurta kotletləri hazırdır. Nəticədən çox razı qalacaqsınız.

Nuş olsun!

Mənbə: Milli.Az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print Email
FaceBook Twitter Google