Qış fəslinin müalicəvi yeməyi-Əvəlik şorbası
Təbiətin insanlara bəxş etdiyi saysız-hesabsız şəfalı bitkilər var. Bunlardan biri də əvəlikdir.
Qafqazın bir çox bölgəsində rast gəlinən bu bitkidən qida kimi də geniş istifadə edilir. Əvəlikli umac, sup və digər yeməklər dadı ilə yanaşı, müalicəvi əhəmiyyətinə görə də tanınır.

Bu bitkiyə Marneuli bazarında da rast gəlmək mümkündür. Olduqca ucuz və müalicəvi əhəmiyyətə malik olan bitkini bazardan cəmi 2 lari 50 tetriyə ala bilərsiz. Beləliklə qışın müalicəvi əvəlik şorbasını asanlıqla hazırlaya bilərsiz.



Əvəlik şorbasının hazırlanması üçün lazım
olan ərzaqlar:

Bir ailə üçün ( 4 nəfərlik) 1 dərin boşqab dolusu quru əvəlik
1,5 litr su
100-150 qram kərə yağı
2 xörək qaşığı un
Züvqə görə- duz, istiot




Hazırlanması:
Əvvəlcə doğranmış əvəliyi qaynayan suda bir neçə dəqiqəlik qaynatmaq lazımdır. Əvəliyin qaynaması onun həm acısının, həm də tünd rənginin çıxması üçündür. Başqa bir qazanda kərə yağı dağ olunur və üzərinə su əlavə edilir. Bu müddətdə isə undan umac edirik. Su qaynayanda üzərinə süzülmüş əvəliyi və qarışdıra-qarışdıra umacı əlavə edirik. Və yeməyimizi qatılaşana kimi bişiririk, ocağı söndürməzdən əvvəl duzunu tökürük. Beləliklə müalicəvi əhəmiyyətə malik olan əvəlik şorbamız hazırdır. Nuş olsun!


Print Email
FaceBook Twitter Google