İlon Maska məxsus "SpaceX" şirkəti dünən yeni sınaq keçirib.
Dünyanın ən güclü raketi olaraq bilinən "Starship" raketini kosmosa
göndərilməsinə cəhd edib.
Başlatma cəhdi "YouTube"da da canlı olaraq paylaşılıb.
Kosmik raketin ilk buraxılış cəhdini 1 milyondan çox insan canlı
izləyib. Lakin uçuşun ləğvi səbəbindən gözlənilən rekord gəlməyib.
Dünən gerçəkləşən cəhd isə gözləniləndən daha çox maraqla
qarşılanıb.
"Starship"in buraxılış sınağı "YouTube" canlı yayımında 1,7 milyon
insan tərəfindən izlənilib. Bu , "Starship" kosmik raketinin
"YouTube" canlı yayım rekordunu qırdığını göstərir. Sözügedən
buraxılış uğurlu oldu, lakin sınaq tamamlana bilmədi. Raket
Texasdakı buraxılış meydançasından havaya qalxdıqdan bir neçə
dəqiqə sonra Meksika körfəzi üzərində partlayıb.
Bu sınağın əsas məqsədi "Starship" raketini havaya qaldırmaq olub.
Nəticə partlayış olsa da, sınaq uğurlu alınıb. Partlayışla bağlı
şirkət "nominal vəziyyətə bənzəyir" açıqlamasını verib.
Milli.Az