Mədəniyyət
Bu gün Dmanisidə “Elat” bayramı qeyd olunu
Borçalı türklərinin "Elat" mədəniyyət günləri 2009-cu il iyul ayının 26-da “Borçalı” Cəmiyyəti tərəfindən əsası qoyulmuş və hər il eyni tarix və eyni məkanda keçirilirdi. "Elat" bayramı Dmanisi rayonunun Armudlu gölünün yaxınlığında təntənəli şəkildə keçirilirdi. Keçirilən el şənliyinə Azərbaycandan, Türkiyədən və başqa ölkələrdən yaşayan Azərbaycanlı türklər buraya gələrək "Elat" bayramında görüşürdülər.

Bu bayramda şənliklər, at yarışları, güləş, rəsm sərgiləri, biri-birindən maraqlı mədəniyyət güşələri, pəhləvanların çıxışları və s. kimi maraqlı adət ənənələr nümayiş etdirilirdi. 2016-cı ildən Kvemo Kartli qubernatorluğu və Dmanisi rəhbərliyinin qərarı ilə bayramın keçirilməsinə qadağa qoyuldu. Həmin vaxtdan eyni tarixdə "Dmanisoba" adlanan yeni bayram tədbiri keçirilməyə başlanıldı. Bayramın hansı səbəbə görə ləğv olunması isə ictimaiyyətə məlum deyil.

Bu gün, 26 iyun tarixində Dmanisidə (Başkeçid) bayram şənlikləri təşkil olunmuşdur. Bir tərəfdə “Elat” bayramı, bir tərəfdə isə “Dmanisoba” bayramı keçirilirdi. “Elat “ bayramını Kvemo Kartlidə (Borçalıda) yaşayan Azərbaycan türkləri bayramı keçirdilər. Bu haqda məlumatı “Marneuli” Radiosuna Osman Əhmədoğlu verdi. Onun sözlərinə görə “Elat” bayramı bütün Gürcüstanda yaşayan Azərbaycanlıların bayramıdır.



“Dmanisoba” bayramı Dmanisi bələdiyyəsinin təşkilatçılığı ilə həyata keçirilir. Kvemo Kartli quberniyası tərəfindən yayımlanan fotolara əsasən orada əl işlərinin sərgisi, şərab dadmaq, gürcü çoxasının nümunəsi olub, xaçapuri bişirmiş. Marneuli meriyasının nümayəndələri də orada iştirak edirlərmiş.

Tədbirə dəvət olunmuş Rəbib Məmmədovun sözlərinə görə, orda çıxış etməli imişlər. Amma sonra onlara icazə verməyiblər.



Xatırladaq ki, Borçalı türklərinin "Elat" mədəniyyət günləri 2015-ci ildə keçirilən şənliyində Gürcüstan hökumətinin rəhbərləri də iştirak ediblər.
FaceBook Twitter Google
Bu kateqoriyaya aid digər xəbərlər
Oto
Nemsadze İsraildə davam edən “Avroviziya” mahnı müsabiqəsinin final
mərhələsinə keçə bilməyib.
Oto Nemsadze İsraildə davam edən “Avroviziya” mahnı müsabiqəsinin final mərhələsinə keçə bilməyib.
Gürcüstan parlamentinin Bolnisi
bələdiyyəsindən olan majoritar deputatı Qoqi Meşveliani 1 may
tarixində “Era Teatrı”nın kollektivi ilə görüş
keçirib.

Gürcüstan parlamentinin Bolnisi bələdiyyəsindən olan majoritar deputatı Qoqi Meşveliani 1 may tarixində “Era Teatrı”nın kollektivi ilə görüş keçirib.

Marneulinin ictimai kitabxanası kitabxana
həftəliyi çərçivəsində ikinci yeri tutub.

Marneulinin ictimai kitabxanası kitabxana həftəliyi çərçivəsində ikinci yeri tutub.

Bugün qırmızı cümədir. Məhz bu gün 2019 il
bundan əvvəl İsə Məsihi Qolqoti dağında çarmıxa
çəkiblər.
Bugün qırmızı cümədir. Məhz bu gün 2019 il bundan əvvəl İsə Məsihi Qolqoti dağında çarmıxa çəkiblər.
Heydər Əliyev
adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşaya
hazırlıq gedir.

Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrında yeni tamaşaya hazırlıq gedir.

“Bu
yolun son stansiyası” tamaşa Bolnisidə səhnəyə qoyulacaq. Tamaşa 26
mart tarixində saat 16:00-da “Bolnisi Mədəniyyət Evində” baş
tutacaq.
“Bu yolun son stansiyası” tamaşa Bolnisidə səhnəyə qoyulacaq. Tamaşa 26 mart tarixində saat 16:00-da “Bolnisi Mədəniyyət Evində” baş tutacaq.
2018-ci ildə Gürcüstanda fəaliyyətə başlayan
“Era Teatrı” “Yeşilay” ilə ortaq layihəsi çərçivəsində yeni
tamaşasını izləyicilərinə təqdim edir.
2018-ci ildə Gürcüstanda fəaliyyətə başlayan “Era Teatrı” “Yeşilay” ilə ortaq layihəsi çərçivəsində yeni tamaşasını izləyicilərinə təqdim edir.