Saakaşvili Qori xəstəxanasına köçürülməyə razıdır - Xerxeulidze
Deputat Eka Xerxeulidzenin sözlərinə görə , Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili Qldani həbsxanasının xəstəxanasından Qori hərbi xəstəxanasına köçürülməsinə razılıq verib, lakin hazırda vəkili Nika Qvaramia ilə texniki detalları müzakirə edir, bundan sonra Qvaramiya yekun qərarı açıqlayacaq.

“Onun aclıq aksiyasına çoxlu adam qoşulduğuna görə, o, bu insanların acınacaqlı vəziyyətindən çox kədərlənir. Xüsusilə aclığın on yeddinci günündə olan və səhhəti ağır olan Elenenin vəziyyəti. Ona görə də Saakaşvili bu mövqedən çıxış edir, ondan indi kənarda dayanıb Saakaşvilini müalicəyə aparmağı xahiş edən xalqın tələblərini yerinə yetirməsini istəyir.

Bu onun seçimi deyil. Nə Qori, nə də başqa yer onun Gürcüstana gəlmək kimi əsas niyyətini dəyişməyəcək və o, mübarizəni davam etdirəcək. Amma bu gün hamımızı narahat edən onun aclığa son qoyması onun üçün həyati əhəmiyyət kəsb edir.

Bu mərhələdə mane ola biləcək yeganə şey aşağıdakıdır: onun bir şərti var və bu şərtinə görə də Ukrayna konsulu və şəxsi vəkili Nika Qvaramianı bu texniki detalları danışmaq üçün çağırıb və sonra Nika Qvaramia ətraflı məlumat verəcək. Onun Qori xəstəxanasına köçürülməsi ilə bağlı etirazı yoxdur, bu yerə razı olduğu üçün yox, ona görə ki, indi hara köçürülməsinin onun üçün heç bir əhəmiyyəti yoxdur. Onun üçün bu ölkədə mübarizənin necə davam edəcəyi vacibdir”, - Xerxeulidze bildirib.

Bu gün, noyabrın 19-da ədliyyə naziri Rati Breqadze bəyan edib ki, nazirlik Saakaşvilinin Qori Hərbi Hospitalına köçürülməsini təklif edir.

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili 50 gündür aclıq aksiyası keçirir. Dünən, noyabrın 18-də onun səhhəti pisləşdiyi üçün Qldani həbsxanasının reanimasiya şöbəsinə aparıldığı, huşunu itirdiyi məlum olub.

Saakaşvili mülki xəstəxanaya aparılacağı təqdirdə aclıq aksiyasını dayandıracağını bildirmişdi.


წყარო: ნეტგაზეთი
Print Email
FaceBook Twitter Google