Müxalifətçi Nika Melia yeni partiyasının seçki nömrəsini açıqlayıb.
Melia Facebook səhifəsində yazır ki, "birlikdə gələcəyə doğru böyük
addım atacağıq və bu addımın öz simvolu olacaq - 4 nömrə".
"2024-cü il seçkiləri zamanı mütləq ölkənin və xalqın
maraqlarına uyğun transformativ dəyişikliklər olacaq! Biz birlikdə
gələcəyə doğru böyük addım atacağıq və bu addımın öz simvolu - 4
nömrə olacaq.
İnanıram ki, yaxın gələcəkdə dördlük gürcü siyasi məkanında uzun
müddət möhkəmlənəcək mübarizə və qələbənin, uğur və tərəqqinin
simvoluna çevriləcək”, - Melia bildirib.
2021-ci il özünüidarə seçkilərində 4 nömrə "Xalq naminə dövlət"
hərəkatına aid idi.
Dekabrın 7-də mətbuat konfransı keçirən Nika Melia “Mən gələcəyə
doğru irəliləyirəm” deyib. Daha sonra o, “Milli Hərəkat”dan
ayrılaraq yeni partiya yaratdığına aydınlıq gətirib.
“Milli Hərəkat”da mübahisə təxminən bir il əvvəl Levan Xabeişvili
və onun tərəfdaşlarının partiya sədri seçkilərinin keçirilməsinin
zəruri olduğunu açıq şəkildə elan etdikdən sonra başlayıb. O zaman
sədr səlahiyyətlərini icra edən Nika Melia bu təkliflə razılaşmış
və seçkilərdə məğlub olmuşdu.