Gürcüstan Parlamentinin Marneuli və Qardabani seçki dairəsindən
seçilmiş deputatı Zaur Darğallı
23 noyabr tarixində Marneulidə baş vermiş yol-nəqliyyat hadisəsi
zamanı həyatını itirən 17 yaşlı yeniyetmənin ailəsinə başsağlığı
verib.
Majoritar deputat öz “Facebook” səhifəsində həyatını itirən
yeniyetmənin ailəsinə səbir diləyib və hadisənin onu
kədərləndirdiyini vurğulayıb.
Paylaşımı olduğu kimi təqdim edirik:
“Marneulidə 12-ci sinif şagirdi Firəngiz Xəlilovanın
faciəli ölümü hər birimizi çox kədərləndirdi. Allahdan rəhmət,
ailəsinə, yaxınlarına və dostlarına səbir
diləyirəm”.
Qeyd edək ki, 23 noyabr tarixində Marneulinin Kostava küçəsində, 2
saylı ictimai məktəbin yaxınlığında yeniyetmə qızı maşın vurub.
Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alan qız hadisə
yerindəcə dünyasını dəyişib.