Keçmiş deputatın oğlu Gürcüstanın Sloveniyadakı səfirliyinin birinci katibi vəzifəsinə təyin olunub
“Vahid Milli Hərəkat” partiyasının keçmiş üzvü və Gürcüstan Parlamentinin keçmiş deputatı Azər Süleymanovun oğlu Mirzə Süleymanov Gürcüstanın Sloveniyadakı səfirliyinin birinci katibi vəzifəsinə təyin olunub. Mirzə Süleymanov bu ilin yanvarından Sloveniyadakı səfirlikdə birinci katib kimi fəaliyyətə başlayıb.

Azər Süleymanovun “Marneuli” radiosuna bildirdiyinə görə, onun övladı ABŞ-da təhsilini bitirdikdən sonra Gürcüstana qayıdıb və ölkədə fəaliyyət göstərən şirkətdə işləyib.

“Gürcüstan
Xarici İşlər Nazirliyində müsabiqə elan edilmişdi. 1 000 nəfərdən artıq şəxs müsabiqədə iştirak edirdi. Övladım xaricdə, ABŞ-da təhsil aldığına və bir neçə dil bildiyinə görə, müsabiqənin bir neçə mərhələsindən uğurla keçdi. Ondan sonra XİN-də işə qəbul olundu. Təxminən orada da 4-5 ay işlədi. Daha sonra dil imtahanı verdi və bunu da uğurla keçərək Gürcüstanın Sloveniyadakı səfirliyinin birinci katibi vəzifəsinə gətirildi”,
– Azər Süleymanov dedi.

Keçmiş deputatın sözlərinə görə, artıq azərbaycanlı gənclər Gürcüstanda və xaricdə uğurlar qazanmağa başlayıblar. Bu da onları çox sevindirir.

“Bu bir ata və valideyn üçün sevindirici bir haldır ki, çəkdiyimiz əziyyət boşa getmədi. Hər bir valideynə belə gözəl günlər arzulayıram. Onlar da övladlarının uğurları ilə sevinsinlər. Son illərdə görürəm ki, azərbaycanlı balalarımız hər yerdə böyük uğurlar qazanırlar. İstər Gürcüstanda, istərsə də xaricdə müxtəlif universitetlərdə dərs deməyə başladılar. Artıq pilot qızımız da oldu. Elə bunun özü sevindirici bir haldır. Artıq gənclərimiz təhsilə daha çox üstünlük verirlər. Nəinki çayxanalarda oturmağa! Valideynlərə də müraciət edirəm ki, övladlarının təhsili ilə məşğul olsunlar. Heç nədən asılı olmayaraq hər bir övlada təhsil lazımdır. Hər birimiz təhsilli gələcək yetişdirməliyik”, – Süleymanov dedi.

Qeyd edək ki, Marneulidən olan gənc diplomat Mirzə Süleymanov 1995-ci il 27 avqustda Marneulidə anadan olub. O, ilk təsilini 5-ci sinifə qədər Marneuli 2 saylı ictimai məktəbində alıb. Daha sonra orta təhsilini Tbilisi Beynəlxalq Britaniya Məktəbində davam etdirib. Orta məktəbi bitirdikdən sonra Süleymanov ABŞ-da Texas Universitetinin bakalavr və magistr piləsini bitirib. Mirzə Süleymanov azərbaycan, gürcü, ingilis, rus, ispan və türk dillərində bilir.

Print ელ. ფოსტა
FaceBook Twitter Google