Taxta ilə təmir edilmiş bələdiyyə avtobusu
Çökmüş döşəməni örtmək üçün düzülmüş taxta pillələrə kiminsə evində rast gəlsəniz yəqin ki, təəccüblənməzdiniz.
Amma belə görüntüyə bələdiyyə nəqliyyatında rast gəlsəniz təəccüblənərdiniz.

Maka Menteşaşvili Seretelidən Təkəliyə hər gün gedir. O, Təkəli məktəbində gürcü dili müəllimidir. Maka sosial şəbəkədə şəkillər yayımlayır və orada Marneuli-Qırmızı körpü marşrut xəttində çalışan avtobus görsənir.



Maka Menteşaşvili facebook səhifəsində onu da qeyd edir ki, Marneuli-Qırmızı körpü avtobusu bəzi hallarda ümumiyyətlə çalışmır.
Qeyd edilməlidir ki, Qırmızı Körpüdə Gürcüstan-Azərbaycan buraxılış məntəqəsi yerləşir.

Büdcəli turistlər isə çox hallarda məhz döşəməsinə taxta vurulmuş avtobusla Marneuliyə gəlməli olurlar.

Taxta ilə yanaşı bələdiyyə nəqliyyatı dəmir parçaları ilə də “yamanıb”.

მუნიციპალური ავტობუსი. სურათი: მაკა მენთეშაშვილი


Print ელ. ფოსტა
FaceBook Twitter Google