Azərbaycan məhkəməsinin hökmünə əsasən, Əsədov noyabrın 8-i, Bakıda dələduzluq faktına görə həbs olunub
“Ümum Gürcüstan Müsəlmanları Ali Dini İdarəsi”nin sədri Mirtağı Əsədova 30 gün inzibati həbs cəzası verilib. Vəkil tərəfindən əldə edilən Azərbaycan respublikası məhkəməsinin qərarında qeyd olunub ki, Mirtağı Əsədov 8 noyabr tarixində Bakı şəhəri, Nərimanov rayonu Əlizadə küçəsi 43 ünvanı yaxınlığında saxlanılıb. Həmin vaxt o, mobil telefonla hündürdən danışırmış və söyüş söyərək nalayiq ifadələr işlədirmiş. Protokolda təsvir olunmuş hadisəyə görə, həmin vaxt ona mülki geyimdə olan polislər yaxınlaşır və söyüş söyməməyə və nizam intizama dəvət edir.

Mülki geyimli polis Mirtağı Əsədovu polis bölməsinə aparmaq istəyərkən o, qaçmağa cəhd edib. Məhkəmənin qərarına görə, M.Əsədov günahını etiraf edib və qərarın qəbul edilməsindən etibarən 10 gün ərzində Nərimanov Rayon Məhkəməsinə etiraz etmək hüququ var.

Mirtağı Əsədova qarşı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddəsinin 1-ci bəndi ilə ittiham irəli sürülüb. 510-cu maddə xırda dələduzluğu nəzərdə tutur ki, bu da 100 manat cərimə və ya 15 gün azadlıqdan məhrumetmə ilə cəzalandırılır. 535-ci maddənin 1-ci hissəsi isə hüquq mühafizəçilərinə və ya hərbçilərə tabe olmamağı nəzərdə tutur və 200 manatadək cərimə və ya 30 gün müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

“Marneuli” radiosunun məlumatına görə, Mirtağı Əsədov 8 noyabr tarixində deyil, 7 noyabr tarixində Azərbaycanın sərhəd keçid məntəqəsində saxlanılıb. Bu məlumatı ailə üzvlərinə 7 noyabr tarixində Bakı istiqamətində reys həyata keçirən marşrut taksisinin sürücüsü də təsdiqləyib. Mirtağı Əsədov da həmin nəqliyyatla Bakıya gedirmiş. Sürücünün dediyinə görə, Əsədov əvvəlcə Qazax rayon polis şöbəsinə, daha sonra isə Bakı şəhərinə aparılıb. Ailə üzvləri bildirirlər ki, Əsədov 7 noyabr tarixində həyat yoldaşına zəng vurub. Bu vaxta qədər vəkili də onunla görüşməyə nail ola bilməyib.
Print ელ. ფოსტა
თეგები: Əsədov Mirtağı Həbs
FaceBook Twitter Google