Qızlar, siz tək deyilsiniz! – “Salam” platformasının yeni müraciəti
“Salam” hərəkatı yeni
video yayımlayıb. Videoda Gürcüstan Azərbaycanlı qızların və
Gürcüstanın müxtəlif regionlarından tələbələr erkən evlilik və
təhsil hüquqlarını diqqətə yetirirlər.
Videoda validyenlərə, atalara müraciət edirlər ki, öz qızlarına
təhsil almaq, dünyanı görmək, peşə sahibi olmaq imkanı
yaratsınlar.
Videoda əsas aksent güman edilən qurban qızların tək olmamasına
diqqət yetirilib.
“Salam” – etnik Azərbaycanlı gənclərin
yaratdığı platformadır. Platforma ictimaiyyətdəki problemlər
haqqında danışmaq və gürcü cəmiyyətində etnik azlıqlara qarşı
yaranmış təsəvvürləri dəyişmək üçün yaradılıb. Platforma ilk dəfə
Qardabanili coğrafiya müəlliminə dəstək videosu yazıb.
“Salam, biz gəldik!” – gənclərin
müraciəti belə başlayır və onlar öz icmalarında olan problemlərin
ictimailəşdirilməsi, erkən evliliyin və qızların zorla
qaçırılmasına etiraz etmək üçün gəlirlər.