Azər Süleymanov Vahid Milli Hərəkat partiyasından ayrıldı
Gürcüstan Parlamentinin keçmiş deputatı Azər Süleymanov “Vahid Milli Hərəkat” partiyasından ayrılıb. O, bu barədə öz “Facebook” səhifəsində paylaşım edib.

Süleymanov partiyadan ayrılmağın onun üçün çətin qərar olduğunu yazıb. O, siyasi fəaliyyətini müvəqqəti olaraq dayandırdığını bilidirib və VMH partiyasından ayrılmağına səbəb kimi partiyada bəzi insanların onların fəaliyyətlərini düzgün şəkildə qiymətləndirməmələrini yazıb.

Süleymanovun paylaşımını təqdim edirik:

“Əziz həmvətənlilərim!

İllərdir ki, hər çətin vəziyyətdə mənimlə birgə oldunuz, heç bir vaxt dəstəyinizi əsirgəmədiniz. Hər zaman qürur və iftixar mənbəyim oldunuz. Bunun üçün hər birinizə dərin minnətdarlığımı bildirirəm! Ola bilsin, bu illər ərzində sizlərə qarşı hansısa səhv bir addımım olub, buna görə sizlərdən üzr istəyirəm.

Mənim üçün asan olmasa da, mən bu gün çox çətin bir qərar verməli oluram.
İllərdir ki, siyasi yolda birlikdə olduğum Vahid Milli Hərəkat partiyasını tərk edirəm. Bundan sonra siyasi fəaliyyətimi müvəqqəti olaraq dayandırıram. Bu qərarın səbəbi partiyada olan bəzi insanların bizim xidmətlərimizi və siz seçicilərin fikirlərini layiqli şəkildə dəyərləndirməmələri oldu. Son bir ildə baş verən hadisələr bunun bariz nümunəsidir.

Mənim partiyadakı çoxlu sayda dostlarıma olan hörmətim naminə bəzi təfərrüatları açıqlamaq istəmirəm. Düşünürəm ki, bütün bunlara rəğmən VMH partiyasında öz fəaliyyətimi davam etdirməyim sizlərə qarşı haqsızlıq olar.

Hər birinizə təşəkkür edirəm!”


Print ელ. ფოსტა
FaceBook Twitter Google