Birləşmiş Ştatların Səfirliyi həqiqəti cəsarətlə çatdıran media orqanlarına hörmətini ifadə edir

3 may Ümumdünya Mətbuat Azadlığı Günüdür.

“Sərhədsiz Reportyorlar” Beynəlxalq təşkilatı mətbuat azadlığının ənənəvi indeksini dərc edib. 2024-cü ilin reytinqində Gürcüstanın mövqeyi əvvəlki illə müqayisədə xeyli pisləşib. Gürcüstan 180 ölkə arasında 103-cü yerdədir. 2023-cü ildə 77-ci idi.

Ümumdünya Mətbuat Azadlığı Günündə ABŞ-ın Gürcüstandakı səfirliyi ABŞ hökumətinin mətbuat azadlığına sadiqliyini vurğulayır və həqiqəti cəsarətlə çatdıran bütün jurnalistlərə, müxbirlərə
və media işçilərinə ehtiramını bildirir.

“Gürcüstanda və bütün dünyada jurnalistlərin və media peşəkarlarının uzun müddətdir dəstəkçisi olaraq, işi sərbəst və açıq informasiya və ideya axınına kömək edən şəxslərin təhlükəsizliyini və hüquqlarını qorumağa davam edirik”, - ABŞ səfirliyinin bəyanatında deyilir.

“Gürcü arzusu” xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının və KİV-lərin fəaliyyətinin şəffaflığını və dövlət suverenliyinin qorunmasını hədəfləyir.
Qərb donorlarından maliyyələşən qeyri-hökumət və media qurumları iddia edir ki, onların gəlirləri artıq bəyan edilib və şəffafdır, ona görə də hökumətin əsl məqsədi insan haqları, korrupsiya və digər mühüm məsələlərlə məşğul olan təşkilatların fəaliyyətini məhdudlaşdırmaqdır.

“Agent qanunu”na etirazların işıqlandırılması zamanı bir çox media nümayəndələrinə qarşı fiziki zorakılıq olub. Parlamentin spikeri Şalva Papuaşvilinin sərəncamı ilə 2024-cü ilin aprelindən qüvvədə olan “Təhlükəsizliyin sarı səviyyəsi”nə görə bəzi jurnalistlərə - onlayn media nümayəndələrinə etirazlar səbəbindən parlamentdə işləməyə icazə verilmir.

Papuaşvili medianın məhdudlaşdırılmasını internet nəşrlərinin jurnalistlərinin akkreditasiyadan “Sui-istifadə edərək” parlamentə öz peşə borcunu yerinə yetirmək üçün deyil, “etiraz bildirmək” üçün daxil olması ilə izah edib.

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google