Marneuli yerli özünüidarəsi 9 mayı qeyd etmək üçün çiçəkləri
sadələşdirilmiş qaydada alacaq.
Marneuli meriyası və Xatuna Palavandişvili arasında bağlanmış
müqaviləyə əsasən, yerli özünüidarə bir gül dəstəsi və 20 ədəd
qırmızı qərənfil alacaq.
“Xatırladaq ki, faşizm üzərində qələbədən 79 il ötür.
Bu müharibə bəşəriyyət tarixinə ən qanlı və məhvedici hadisə kimi
düşüb.
Gürcüstandan getmiş on minlərlə döyüşçü faşistlərlə mübarizə
aparırdı. Onlar millər və ölkə qarşısında öz borclarını vicdanla
yerinə yetiriblər.
Müharibəyə gedənlərdən çoxu geri qayıtmayıb, qayıdanların
əksəriyyəti isə artıq bizimlə deyil.
İkinci dünya müharibəsində həlak olmuş qəhrəmanlara bir daha
hörmətimizi göstərməyi və “Yenə də böyüyəcəklər” abidəsinə gül
dəstəsi, canlı güllər (20 ədəd qərənfil) qoymağı məqsədəuyğun hesab
edirəm”, – sadələşdirilmiş müqavilədə qeyd
olunub.
Marneuli yerli özünüidarəsi 9 may tarixini qeyd etmək üçün
çiçəkləri 560 lariyə alacaq. Bir gül dəstəsinin qiyməti 500 lari,
20 ədəd qərənfilin qiyməti isə 60 laridir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.