Milli Bank 60 milyon ABŞ dolları satıb
Larinin kəskin devalvasiyası fonunda Milli Bank 60 milyon ABŞ dolları satıb.

Milli Bankın məlumatına görə, bu qərar “birdəfəlik iri əməliyyatlarla müşayiət olunan ajiotajlı proseslərə görə” qəbul edilib.

GMB bildirir ki, nəticədə valyutaya izafi tələb yaranıb və bu, larinin məzənnəsinə əlavə təzyiq yaradıb.

Milli Bank onu da qeyd edir ki, valyuta bazarındakı dalğalanmalar fundamental makroiqtisadi amillərlə
bağlı deyil və buna görə də qısamüddətlidir.

“Maliyyə sisteminin düzgün və səmərəli işləməsi üçün kommersiya bankları müştərilərə rahat xidmət göstərmək və iqtisadiyyata kredit vermək üçün sağlam gəlirliyə və yüksək keyfiyyətli aktivlərə, möhkəm kapital buferlərinə və likvidliyə malikdir. Bank sistemində likvid aktivlərin ümumi həcmi bu gün 16,7 milyard lari ekvivalentini ötür ki, bu da potensial şoklara qarşı görünməmiş dayanıqlığın olduğunu göstərir. Bu gün Gürcüstanın maliyyə sistemi Avropada ən güclü sistemlərdən biridir”, - Milli Bank bəyan edir.

Mayın 14-də hakimiyyət orqanları rus qanununu üçüncü oxunuşda təsdiqlədikdən sonra lari mayın 15-də kəskin ucuzlaşıb.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google