Gürcüstan yığması Avropa çempionatı yarışında 18, 22 iyun
tarixlərində Türkiyə və Çexiya futbol komandası ilə qarşılaşdı.
Marneuli “Gənclik” futbol məktəbinin baş məşqçisi Əhməd İsmayılov
Gürcüstan yığmasının Türkiyə və Çexiya qarşılaşmasına öz
münasibətini bildirir. Gələcək hədəflər və imkanlar haqqında söhbət
açır. O, Çexiya-Gürcüstan oyununda Çexiya komandasının böyük
təcrübəsi olduğunu və buna rəğmən Gürcüstan yığmasının çox
yaxşı oyun
nümayiş etdirdiyini dilə gətirdi.
“Gürcüstan yığmasını çox yüksək dərəcə ilə
qiymətləndirirəm, çünki tarixdə ilk dəfə olaraq millimiz Avropa
çempionatına çıxır", - Əhməd İsmayılov bildirdi.
Məşqçi Əhməd İsmayılov "Marneuli" radiosu ilə söhbəti zamanı
Gürcüstan millisinin Portuqaliya yığması ilə oyununun çox çətin
keçəcəyini vurğuladı.
“Türkiyə-Portuqaliya ilə müqayisədə
Gürcüstan-Portuqaliya qarşılaşması daha maraqlı keçəcək. Mən
inanmıram ki, Portuqaliyaya qalib gələk, ancaq yaddaqalan oyun baş
tutacaq. Düzdür, Çexiya ilə komandamız bərabər nəticəni əldə etdi.
Portuqaliya ilə çox çətin olacaq. Onların neçə dənə ulduzları var.
Ronaldodan başqa bir neçə ulduzları yenə var",- Əhməd
İsmayılov dedi.
Əhməd İsmayılov artıq, 58 ildir ki, bu sahə üzrə fəaliyyət
göstərir. Onun sözlərinə görə, tələbələrindən 4 nəfər hazırda
Polşada 1, 2 və 3-cü liqada oynayır. Komandanın 1 üzvü Fransada
Futbol Akademiyasındadır. Varşavada oynayan futbolçulardan biri
Görarxından, biri Qullar kəndindən, digəri isə Marneulidəndir.
Xatırladaq ki, Gürcüstan millisi Portuqaliya ilə 26 iyun tarixində
qarşılaşacaq. Marneuli meriyasının təşkilatçılığı ilə “Yenə də
Böyüyəcəklər” abidəsinin ərazisindəki parkda saat 21:00-da böyük
ekranda oyun birbaşa yayımlanacaq.