Marneuli Bələdiyyə Məclisinin sədri Amiran Qiorqadze Marneulidə
içməli və suvarma suyunun məhdudlaşdırılmasını təbii fəlakətlər ilə
əlaqələndirib.
“Vahid Milli Hərəkatın” deputatı Ramal Əhmədov Amiran Qiorqadzeyə
içməli suyun verilməsinin məhdudlaşdırılması ilə bağlı sual
verib.
Marneuli Bələdiyyə Məclisinin sədri suala cavab olaraq bildirib ki,
bələdiyyənin müxtəlif kəndlərində içməli və suvarma suyunun
verilməsinin məhdudlaşdırılmasına təbii fəlakətdən ziyan dəymiş
infrastruktur səbəb olub.
“Təbii fəlakət elektrik enerjisi ötürücü xətlərinə
ziyan vurub və bizə məlum olduğuna görə, artıq bütün xətlər bərpa
olunub. Müvafiq olaraq, işıq yox idisə, nasoslar suyu da qura
bilməzlər. Bizdə olan məlumata görə, problem həll olunub. Bu gün
“Birləşmiş Su Təchizatı Şirkətinin” rəhbərlərindən biri ilə
ünsiyyətim oldu və bu məsələ də həll olunacaq. Əlbəttə, çox pisdir
və bu istidə vətəndaşlara, əhaliyə su verilməlidir. Amma son dövrdə
təbii fəlakətlər çox üst-üstə düşdü. Ondan əvvəl sel oldu. Suvarma
suyu ilə əlaqədar da eyni problemdir. Baş tikilini su apardı.
Meliorasiya Xidməti 24 saatlıq rejimdə işləyir ki, bərpa etsin. Bu
sel çox böyük ziyan vurdu. İki-üç gün əvvəl də eynisi oldu, güclü
yağış yağdı və tufan oldu. Elektrik yarımstansiyalarından birinə
ildırım düşüb və bütövlükdə yanıb. Həmin elektrik ötürücüsündə
xətlər bərpa olunur və dediklərinə görə, artıq başa
çatıb”, – Amiran Qiorqadze bildirib.
Bu gün, 25 iyun tarixində, Marneuli Bələdiyyə Məclisinin iclası baş
tutub. İclasda 7 məsələ müzakirə olunub və deputatlar bütün
məsələlər ilə bağlı müsbət qərar qəbul ediblər.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415