23 iyun tarixində Qardabaninin Qaracalar kəndindən olan 18 yaşlı
gənc futbolçu Yusif Mehdiyev Samirə Bayramovanın aparıcılığı ilə
“Koveldge” verilişinin qonağı olub.
Yusif Mehdiyev “Dinamo” Akademiyasının futbolçusu və Gürcüstanın 18
yaşa qədər yığmasının üzvüdür.
“Futbola 8 yaşımda, Rustavidə başladım. Əvvəllər atam
futbol oynayırdı, amma peşəkar səviyyədə oynaya bilmədi. İstəyirdi
ki, mən oynayım. Mənim futbola həvəsimi gördükdə, Rustaviyə
göndərdi”.
Yusifin sözlərinə görə, o, futbola əyləncə məqsədilə və ona olan
sevgisindən irəli gələrək başlayıb.
“İndi əldə etdiyim nailiyyətləri ilk dəfə başlayanda
heç təsəvvür belə edə bilmirdim. Yenə məqsədlərim var, onlara da
mütləq nail olmalıyam. Atam məndə futbola maraq olduğunu görəndə və
futbola qoşulanda, futbol izləməyə başladım. İlk dəfə Real
Madridin, Ronaldonun oyununu izləməyə başladım. Bu günə kimi də
Ronaldo mənim idealımdır”.
Mehdiyev Gürcüstan millisinin Türkiyə və Çexiya ilə qarşılaşmasında
Gürcüstan komandasının nümayiş etdirdiyi oyunu yüksək
qiymətləndirir və yığmanın yaxşı oyun sərgilədiyini bildirir.
“Bu turnirə ilk dəfə çıxırıq. Ümumiyyətlə burada
oynamaq çətindir. Yığmaların hamısı çox güclüdür. Düşünürəm ki,
oyunların məğlubiyyətlə və heç-heçə bitməsinə baxmayaraq millimiz
çox yaxşı oyun sərgilədi. İndi çox çətin rəqib ilə oyun baş
tutacaq. Futbolda həmişə hər şey olur. Ümidvaram ki, bu qrupdan
çıxacağıq”.
2022-ci ildə Yusif Mehdiyev sınaq üçün Belçikaya gedib. O, bildirir
ki, Avropalı və gürcü futbolçular arasında fərq istedadın olmasında
deyil.
“Daha çox peşəkarlıq, psixoloji və fiziki cəhətdən
hazırlıqlı olmaq lazımdır. Mən oraya gedəndə çox çətin məşqlər
keçirirdilər, amma elə məşqlər Gürcüstanda keçirilmir. Mən Kent
şəhərinə hazırlıq dönəminə getdim. Gündə 3 dəfə məşq edirdim. Səhər
saat 7:00-da qaçış, günorta topla məşq, axşam güc və ya əksinə. Mən
“Dinamo” Akademiyasının bazasında yaşayıram. Hər şey rejimlədir.
Səhər tezdən oyanırıq, diyetoloqlar gündə 3 dəfə yemək qaydasını
yazırlar. Sağlam qidadır. Bundan əlavə, özümüz stadionda məşq edə
bilirik", - Yusif Mehdiyev bildirdi.
Qeyd edək ki, gənc futbolçu 2023-cü ildən məşqlərə Tbilisinin
“Dinamo” Akademiyasında davam etməyə başlayıb və həmin il fəslin
qalibi tituluna sahib olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415