Parlament Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı
prezidentin
əsaslandırılmış iradlarını bölüşməyib və vetonu dəf edib.
Prezident mayın 30-da Seçki Məcəlləsinə edilmiş dəyişikliklərə veto
qoyub, ona əsasən, MSK-da yüksək kvorumla (2/3) qərar qəbul etmə
proseduru dəyişdirilib, yeni dəyişikliklə isə MSK qərar qəbul edə
bilmədikdə ən azı üçdə iki səs çoxluğu ilə qərar qəbul edilərsə,
MSK-nın həmin iclasında yenidən səsvermə
keçiriləcək və MSK-nın tam
tərkibinin çoxluğu tərəfindən dəstəkləndiyi təqdirdə qərar qəbul
edilmiş hesab ediləcək.
Prezidentin motivasiya xarakterli çıxışında qeyd edilib ki,
Məcəlləyə edilən dəyişikliklər MSK-nın qərarının legitimliyini
azaldacaq, müxalifətin iştirak keyfiyyətini pisləşdirəcək və
prosesdə konsensus təmin etməyəcək.