İspaniyanın “Real Madrid” klubunun türkiyəli futbolçusu
Arda Güler üçün rəsmi transfer təklifi gəlib.
“Real Madrid”in “Mançester Siti”ni penaltilərlə mübarizədən
kənarlaşdırdığı Çempionlar Liqası matçında ehtiyat oyunçular
skamyasını tərk etməyən və İspaniya nəhəngindəki karyerası sual
altında olan Arda üçün “Sevilya” ilk rəsmi görüşünü keçirib.
Cari mövsümdə göstərdiyi performansla azarkeşlərini məyus edən
“Sevilya” növbəti mövsüm heyətini yenidən qurmağa hazırlaşır və bir
müddət Arda Gülerlə maraqlanırdı.
İspan mətbuatında dərc olunan xəbərlərə görə, “Sevilya”nın idman
direktoru Viktor Orta türkiyəli oyunçunun icarəsi ilə məşğul olan
və meneceri işləyən atası ilə ilk rəsmi əlaqəni qurub.
“Real Madrid” gələn mövsümün əvvəlində Arda ilə bağlı qərarını
dəyişərsə və icarə variantına yaşıl işıq yandırarsa, “Sevilya” 19
yaşlı futbolçu üçün qapılarını açacaq.
Hərçənd, futbolçunun özü məsələ ilə bağlı heç də müsbət fikirdə
deyil. Belə ki, türkiyəli yarımmüdafiəçi icarə əsasında digər kluba
keçərsə, gələn mövsüm Çempionlar Liqasında iştirak edəcək komandada
çıxış etməyi üstün tutur.
Mənbə: oxu.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.