“Gürcü Arzusu” Venesiya Komissiyasının peşəkar əsaslandırmasını
tənqid edib və onu qərəzli olmaqda ittiham edib.
Buna səbəb bu gün, mayın 21-də dərc olunan Venesiya Komissiyasının
"rus qanunu"na dair qəti mənfi rəyi olub.
Venesiya Komissiyasının "rus qanunu" haqda 24 səhifəlik hüquqi rəyi
ətraflı izahı ilə paylaşılmış olmasına, həmçinin, “Avropa İnsan
Hüquqları Konvensiyası” və “Mülki və Siyasi Hüquqlar
Paktı”nın
konkret hansı maddələrinə zidd olduğu göstərilməsinə baxmayaraq
"Gürcü Arzusu"nun parlament çoxluğunun üzvü Salome Kurasbediani
üçün bu arqumentlər kifayət olmayıb.
Məhz o, bu məsələ ilə bağlı “Gürcü arzusu”nun açıqlamasını
ictimaiyyətə çatdırıb.
“Venesiya Komissiyasının rəyi bir daha təsdiq etdi ki,
qanuna qarşı heç bir hüquqi və ya digər arqument yoxdur.
Venesiya Komissiyasının yekununda biz çoxlu əsassız, ziddiyyətli
hüquqi arqumentlərə, eləcə də konkret qrupların radikallaşmasını
daha da yeni edən bir sıra kobud təhriflərə rast gəlirik.
Beləliklə, Venesiya Komissiyasının platformasından peşəkar
əsaslandırma əvəzinə qərəzli siyasi qiymətlərin verilməsi üçün
istifadə edilməsi məyusedicidir ki, bu da Venesiya Komissiyasının
reputasiyasına dönə-dönə xələl gətirir”, - deputat
Salome Kurasbediani bildirib.
Bu gün, mayın 21-də Venesiya Komissiyası rus qanunu ilə bağlı
təcili rəyini dərc edib. Venesiya Komissiyasının rəyi tamamilə
mənfidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.