Tbilisidə maşın saxlama qaydalarının pozulmasına görə 7 milyon lariyə qədər cərimə yazılıb

5 ayda Tbilisidə qanunsuz maşın saxlamaya görə, 6,9 milyon laridən çox cərimə yazılıb.


Gürcüstanın vahid büdcəsinin daxilolmalarına əsasən, (konsolidasiya edilmədən) 2024-cü ilin yanvar-may aylarında paytaxtda maşın saxlama qaydalarının pozulmasına görə verilən cərimələrdən büdcəyə 6 milyon 945 min 632 lari, 2023-cü ilin eyni dövründə isə 6 milyon 359 min 920 lari daxil olub.

Xüsusən də may
ayına gəlincə, meriyanın izahatına əsasən, parkinq işçiləri təlim keçdikdə və müəyyən müddət öz vəzifələrini yerinə yetirə bilməyəndə 1 milyon laridən artıq cərimə kəsilib.
Bundan başqa, ümumilikdə yol hərəkəti qaydalarının pozulmasına görə büdcəyə daxil olan pulların məbləği də artıb. Maliyyə Nazirliyinin məlumatına görə, bu ilin yanvar-may aylarında yol hərəkəti qaydalarının pozulmasına görə büdcəyə 89,598 milyon lari, ötən ilin 5 ayında isə 87,262 milyon lari daxil olub.

Məlumat üçün bildirək ki, 2022-ci ilin payızından qaydalarının pozulmasına görə cərimələr artıb, 10 lari əvəzinə 50 lari olub.
Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google