“BOEM-in inkişafı üçün regionun bütün ölkələrinin potensialından istifadə etmək lazımdır” – Laşa Xutsişvili
Bərpa olunan enerji mənbələrinin (BOEM) inkişafı üçün Cənubi Qafqaz regionunun bütün ölkələrinin potensialından istifadə etmək lazımdır.

Bunu Gürcüstanın maliyyə naziri Laşa Xutsişvili Asiya İnkişaf Bankının (ADB) 57-ci illik toplantısı çərçivəsində “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” mövzusunda panel müzakirəsi zamanı deyib.

Nazir onu da vurğulayıb ki, Gürcüstan Azərbaycan-Avropa İttifaqı “yaşıl dəhliz” layihəsinin həyata
keçirilməsi üçün özəl sektoru cəlb edəcək.

L.Xutsişvili Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında imzalanmış Qara dənizin dibi ilə kabel xəttinin çəkilməsi layihəsinin hazırlanması məsələsini də qaldırıb.

O ümid etdiyini bildirib ki, texniki-iqtisadi əsaslandırmanın nəticələri yaxın bir neçə ay ərzində əldə edilə bilər: “Bu layihə çərçivəsində biz regiondakı tərəfdaş ölkələrlə əməkdaşlıq edirik. Bundan əlavə, biz özəl sektor vasitəsilə maliyyə vəsaitlərinin cəlb edilməsi üzərində işləyirik”.

Mənbə: report.az

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google