Bu gündən müəllimlərin maaşları artırılır. Təhsil, elm və gənclər
nazirinin verdiyi sərəncama əsasən,
müəllimlərin əməkhaqqının həddi təhsil və ixtisas səviyyəsindən və
iş stajına uyğun olaraq müəyyən edilir.
“Business Press News” müəllimin maaşının hansı meyarlara əsasən
müəyyən ediləcəyini təqdim edir. O cümlədən, təhsilinə və
ixtisasına uyğun olaraq müəllimin əmək haqqı aşağıdakı kimi müəyyən
edilir:
- • Bakalavr və ya ona bərabər tutulan akademik dərəcə -
20 lari;
- • Magistratura və həmçinin 2000-ci ilədək 4 illik ali
pedaqoji təhsil və ya ona bərabər tutulan elmi dərəcə, - 40
lari;
- • Doktorluq və ya ona bərabər tutulan elmi dərəcə - 100
lari.
İş stajına uyğun olaraq müəllimlərin maaşları aşağıdakı kimi
müəyyən edilir: 0 ildən 5 ilədək - 15 lari, 5 ildən 10 ilədək - 30
lari və 10 ildən yuxarı - 45 lari.
Onu da qeyd edək ki, fərmana əsasən, verilən maaş 15 dərs saatı və
daha çox dərs yükü olduqda tam, həftədə 15 saatdan az dərs yükü
olduqda isə saatlıq dərs yükü ilə mütənasib olaraq verilir.
Bundan əlavə, sənədə əsasən, müəllimin əmək haqqı dərs saatlarından
asılı olaraq həftəlik 96 lari ilə 2325 lari arasında dəyişir.
Məsələn, 1 saat - 96 lari, 2 saat - 192 lari və s. deməkdir. Bu
hesablamaya görə həftədə 25 dərs saatı 2350 lariyə bərabərdir.
Müəllimin əmək haqqının müəyyən olunduğu meyarlardan biri işin
xüsusiyyətlərindən asılıdır. Daha dəqiq desək:
- • Sinif komplekt ilə tədris - 40,50 lari;
- • Qeyri-gürcü dilli məktəblərdə/sektorlarda gürcü dili,
Gürcüstan tarixi və/və ya Gürcüstan coğrafiyasının tədrisi - 40,50
lari;
- • Sinif rəhbərliyi – 101,25 lari.
Onu da qeyd edək ki, aparıcı və mentor müəllimlərin funksional
əlavəsi aşağıdakı kimi müəyyən edilir: aparıcı müəllimin funksional
əlavəsi - 150 lari; Mentor müəllimin funksional əlavəsi - 300
lari.
Dağlıq ərazidə yerləşən dövlət ümumtəhsil məktəbinin müəllimlərinə
gəlincə, bu zaman dərs yükünün tam və ya çox olduğu halda əmək
haqqına əlavə 150 lari, qismən dərs yükü olduqda isə əməkhaqqı
saatlıq iş yükü ilə mütənasib olacaq.
Eyni zamanda, qeyd etmək lazımdır ki, maaş artımı yalnız baş,
aparıcı və mentor statusuna malik olan müəllimləri nəzərdə
tutur.
Maddə 7. İş yükü
1. Müəllimin vəzifə maaşı dərs yükünə uyğun olaraq aşağıdakı
qaydada müəyyən edilir:
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415