Marneuli merinin daşınmaz əmlakı üç ildir, dəyişməyib – bəyannamə
Marneuli meri Kənan Ömərovun əmlak bəyannaməsində son üç il ərzində yalnız əməkhaqqı sütununda dəyişiklik edilib. Ömərovun əmlak bəyannaməsinə görə, o, 2021-2023-cü illərdə daşınar və ya daşınmaz əmlak əldə etməyib.

Merin Marneuli bələdiyyəsində, Sabirkənddə100 993 kv.m torpaq sahəsi var. O, həmin sahəni 2016-cı ildə hədiyyə olaraq alıb. Eləcə də 2021-ci ildə İcra Hakimiyyətinin arayışı əsasında Sabirkənddə yerləşən 2677 kv.m torpaq sahəsi də merin əmlakına daxildir.

Marneuli merinin həyat yoldaşı Samirə Balakişiyeva 2019-cu ildə 50 000 dollara Tbilisi şəhərində 80,7 kv.m mənzil alıb. Balakişiyeva Marneulidə, Rustaveli küçəsində yerləşən 196 kv.m kommersiya sahəsinin də sahiblərindən biridir. Kənan Ömərovun əmlak bəyannaməsinə görə, Balakişiyevaya həmin sahə 2017-ci ildə hədiyyə olunub. Bəyannamədə hədiyyə edənin kimliyi qeyd olunmayıb.

Kənan Ömərovun əmlak bəyannaməsinə əsasən, o, 2022-ci ildə əməkhaqqı olaraq 53 064 lari alıb. 2023-cü ildə bu göstərici 58 370 lari olub. 2023-cü ildə Kənan Ömərovun həyat yoldaşının əməkhaqqı da artıb. Samirə Balakişiyevanın əməkhaqqı 2022-ci ildə, “Geo Hospitals” MMC-də həkim işləyən zaman 7 211 lari 19 tetri idi. Balakişiyeva 2023-cü ildə həmin vəzifədə əməkhaqqı olaraq 15 703 lari 92 tetri alıb.

Marneuli meri əmlak bəyannaməsini 2024-cü ilin 30 mart tarixində yeniləyib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.
Print ელ. ფოსტა
FaceBook Twitter Google