Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya
çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca
çıxarılacaq.
Bu barədə “Aguttes” hərrac evi məlumat yayıb.
Qeyd olunur ki, hərrac iyunun 6-da Fransada keçiriləcək. Hərracdan
bir neçə gün əvvəl ictimai sərgi keçiriləcək və bu sərgi zamanı
potensial alıcılar topa şəxsən baxa biləcəklər.
Xatırladaq ki, əvvəllər Maradonanın 1986-cı ildə futbol üzrə dünya
çempionatının 1/4 finalında İngiltərə ilə matçda əli ilə qapıya
göndərdiyi top iki dəfə hərracda satıla bilməyib. 2022-ci ilin may
ayında “Sotheby's” auksionunda Maradonanın həmin matçda geyindiyi
köynəyi 9,3 milyon dollara satılıb.
Maradona 25 noyabr 2020-ci ildə 60 yaşında vəfat edib. FIFA rəsmi
saytındakı səsvermənin nəticələrinə əsasən Maradonanı 20-ci əsrin
ən yaxşı futbolçusu kimi tanıyıb. “Qızıl top” mükafatı 1982-ci il
Dünya Kubokunda təsis edilib.
Mənbə: oxu.az
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi
planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi
etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd
vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi
pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız
“agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz
edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün
QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab
olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini
araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı
adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən
gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə
istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və
Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər,
Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu
bəyənib.