Mayın 20-də Bakı-Tbilisi-Qars dəmir yolu xətti açılacaq

Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirən dəmir yolu - Bakı-Tbilisi-Qars yenidənqurmadan sonra təxminən iki həftəyə istifadəyə veriləcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin rəisi Rövşən Rüstəmovun sözlərinə görə, dəmir yolu xətti mayın 20-dən tam istismara veriləcək.

Xatırladırıq ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci il oktyabrın 30-da istifadəyə verilib. Layihə çərçivəsində 98 km uzunluğunda Qars-Axalkalaki dəmir yolu xətti çəkilib ki, bunun da
68 km-i Türkiyə ərazisindən, 30 km-i isə Gürcüstan ərazisindən keçir. Bundan əlavə, layihə çərçivəsində 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması işləri aparılıb. Magistralın Gürcüstan hissəsindəki işlər Azərbaycan tərəfindən maliyyələşdirilib və bu, Gürcüstana 775 milyon dollar məbləğində iki güzəştli kredit verib.

Ötən ilin yazında aparılan modernləşdirmə ilə əlaqədar sözügedən dəmir yolu magistralında nəqliyyatın hərəkəti dayandırılıb. Modernləşdirmədən sonra yükdaşımaların həcminin 5 dəfə artacağı gözlənilir. Bundan əlavə, ilk mərhələdə yük dövriyyəsinin ildə 6,5 milyon tona, sərnişinlərin həcminin isə bir milyon nəfərə çatacağı nəzərdə tutulur.
Mənbə: BPN

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

“Gürcü Arzusu” bir daha “Rusiya qanununu” qəbul etməyi planlaşdırır. Həmin qanun 2023-cü ilin mart ayında kütləvi etirazlar nəticəsində geri çəkilmişdi. “Gürcü Arzusu” ötən il vəd vermişdi ki, “Rusiya qanunu” Parlamentə qaytarmayacaqlar. Amma vədi pozublar. “Gürcü Arzusu” qanun layihəsinin ilkin formasından yalnız “agent” sözünü çıxarıb və onu xarici maraqların daşıyıcısı ilə əvəz edib.
Qanuna görə, gəlirinin 20%-dən artığı xaricdən əldə olunan bütün QHT və media təşkilatlar xarici qüvvələrin maraq daşıyıcısı hesab olunurlar. Dövlət bu təşkilatların fəaliyyətini və məqsədlərini araşdırmayacaq, onların hamısına xarici qüvvələrin maraq daşıyıcısı adını verəcək.
Qanun sivil ölkələrdə olduğu kimi düşmən əhval-ruhiyyəli ölkələrdən gələn maliyyəyə deyil, Avropa və Amerikadan gələn maliyyəyə istiqamətlənib.
Qanunun irəli sürülməsinə görə, Avropa İttifaqı üzvləri və Gürcüstanın dost ölkə liderləri öz təəccüblərini bildiriblər, Rusiya Prezidentinin mətbuat katibi isə “Gürcü Arzusu”-nun qanununu bəyənib.

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google