Vakedə, Dəyirmi bağ yaxınlığında kişi cəsədi tapılıb.
Şahidlərin sözlərinə görə, kişi bağ yaxınlığında avtodayanacaqda
işləyirmiş. Onların dediyinə görə, kişi xəstə imiş və güman ki, o,
öz əcəli ilə ölüb.
Hadisə yerinə təcili
yardım və polis cəlb olunub.
Daxili İşlər Nazirliyindən Birinci kanala bildirdiklərinə görə,
faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə
istintaq başlayıb. Həmin maddə özünü öldürmə həddinə çatdırmanı
nəzərdə tutur.
Mənbə:
Birinci
Kanal