Külək 87 ağac, 62 dam örtüyü, 32 avtomobil, 8 təbii qaz borusu, 8 yüksək cərəyanlı elektrik dayanacağı və 4 reklam lövhəsinə zərər vurub
Güclü küləyə görə 16 fevraldan 19 fevral saat 12:00-a qədər DİN-in Fövəqladə Halların İdarəsi Xidmətinə 261 mesaj daxil olub. Müəssisənin məlumatına görə, ən çox, 200 mesaj Tbilisidən daxil olub.

Fövəqladə Halların İdarəsi Xidmətinin məlumatına görə küləlk ölkə miqyasında zərər vurub:

87 ağac;
62 dam örtüyü;
32 avtomobil;
8 təbii qaz borusu;
8 yüksək cərəyanlı elektrik dayanacağı;
4 reklam lövhəsi.

Müəssisənin məlumatına görə, bütün hallarda müvafiq xidmətlər vaxtında reaksiya göstəriblər.

Onların məlumatına görə, güclü küləkdən yaranan problemlərə görə fiziki olaraq heç kim xəsarət almayıb.

Fövəqladə Halların İdarəsi Xidmətinin məlumatına görə xilasedicilər pis hava şəraitinə görə işlərinə gücləndirilmiş rejimdə davam edirlər ki, vətəndaşlara təhlükə yaranmasın.


Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google