Evladına qarşı davamlı zorakılıq törədən ana 4 il müddətinə azadlıqdan məhrum edilib
Gürcüstan prokurorluğunun məlumatına görə, azyaşlı uşağına qarşı törətdiyi davamlı zorakılığa görə anaya Tbilisi Şəhər Məhkəməsi 4 il azadlıqdan məhrum edilmə cəzası verib.

Prokurorluğun məlumatına görə 2016-cı ilin avqust ayından 2018-ci ilin 10 mayına qədər Tbilisi şəhərində spirtli içki təsiri altında olan qadın davamlı olaraq azyaşlına evladına qarşı zorakılıq edirmir. Onu şifahi təhqir edirmiş və döyürmüş.

Hüquq mühafizəçiləri onu 2018-ci ilin 10 mayında həbs ediblər. Qadına Gürcüstan Cinayyət Məcəlləsinin 111-126-cı maddəsinin 2-ci hissəsinin "d" altbəndi ilə (ailə üzvünə qarşı davamlı zorakılıq və bunun zərərçəkənə fiziki əzab verməsi, törədilən cinayətin bilərəkdən azyaşlıya qarşı törədilməsi) və 1261-ci maddənin 2-ci hissəsinin "a" altbəndi ilə (ailənin bir üzvünə qarşı ailənin digər üzvünün davamlı təhqiri və bunun zərərçəkənin əzab çəkməsinə səbəb olması) ittiham olunub və ön tədbir olaraq həbs cəzası verilib.

Müəssisə yazır ki, məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutlara baxıb və azyaşlı evladına qarşı törədilən davamlı zorakılıqda ittiham olunanı günahkar hesab edib.

Mənbə: Netgazeti
Print ელ. ფოსტა
FaceBook Twitter Google
მსგავსი სიახლეები